AZ

BMT TŞ İrana qarşı sanksiyaları bərpa etdi

Oxu.az saytına istinadən ain.az xəbər verir.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası İrana qarşı sanksiya rejiminin bərpa edilməməsi barədə qətnaməni rədd edib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, səsvermə zamanı qətnaməni Rusiya Federasiyası, Çin, Əlcəzair və Pakistan dəstəkləyib. ABŞ, Böyük Britaniya, Fransa daxil olmaqla Şuranın doqquz üzvü qətnaməyə qarşı səs verib. İki üzv isə bitərəf qalıb.

Nəticədə, Təhlükəsizlik Şurasının əvvəlki qətnamələri ilə nəzərdə tutulmuş məhdudiyyətlər yenidən qüvvəyə minib.

Həmçinin məlumata görə, sentyabrın 28-dən etibarən İrana qarşı yeni sanksiyalar da tətbiq edilə bilər.

Xatırladaq ki, sözügedən sanksiyaların fəaliyyəti 2015-ci ildə nüvə sazişi nəticəsində dayandırılmışdı.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
13
oxu.az

10Mənbələr