AZ

BMT Təhlükəsizlik Şurası İranla bağlı qətnaməni rədd edib

BMT Təhlükəsizlik Şurası İranla bağlı sanksiyaların yenidən tətbiq edilməməsi barədə qətnaməni qəbul etməyib.

Operativ Media xəbər verir ki, səsvermə zamanı qətnaməyə Rusiya, Çin, Əlcəzair və Pakistan dəstək verib.

ABŞ, Böyük Britaniya, Fransa daxil olmaqla 9 üzv əleyhinə səs verib, 2 üzv isə bitərəf qalıb.

Beləliklə, Təhlükəsizlik Şurasının əvvəlki qətnamələrində nəzərdə tutulan məhdudiyyətlərin qüvvəyə minməsi bərpa olunur.

Seçilən
10
13
operativmedia.az

10Mənbələr