Ajans.az xəbər verir ki, BMT Təhlükəsizlik Şurası İrana qarşı sanksiya rejimini qüvvədə saxladığı üçün, 30 günlük müddət başa çatdıqdan sonra, yəni 28 sentyabrda, sanksiyalar avtomatik olaraq qüvvəyə minəcək. BMT Təhlükəsizlik Şurası İrana qarşı sanksiyaların uzadılmaması ilə bağlı qətnaməni rədd edib.
Səsvermə zamanı Rusiya, Çin, Əlcəzair və Pakistan qətnamənin lehinə səs verib. Qurumun 9 üzvü, o cümlədən ABŞ, Böyük Britaniya və Fransa əleyhinə səs verib. İki üzv bitərəf qaldı. Beləliklə, Təhlükəsizlik Şurasının əvvəlki qətnamələrində nəzərdə tutulan məhdudiyyətlər bərpa olunub.