AZ

Kopenhagen aeroportu dronlara görə bağlanıb

Stokholm, 22 sentyabr, Nərgiz Cəfərli, АZƏRTAC

Kopenhagen hava limanının fəaliyyəti ərazidə müşahidə olunan dronlara görə dayandırılıb.

AZƏRTAC-ın məlumatına görə, polis hadisə yerindədir. Bütün reyslər təxirə salınıb, təyyarələr 40 dəqiqədən çoxdur uçuş-enmə zolağında növbə gözləyir. Məhdudiyyətlərin nə qədər davam edəcəyi məlum deyil.

Hava limanı hələlik rəsmi açıqlama vermir.

Seçilən
12
24
azertag.az

10Mənbələr