Danimarkanın paytaxtı Kopenhagendə hava limanının fəaliyyəti ərazidə müşahidə olunan dronlara görə dayandırılıb.
Axar.az xəbər verir ki, polis hadisə yerindədir. Bütün reyslər təxirə salınıb, təyyarələr 40 dəqiqədən çoxdur uçuş-enmə zolağında növbə gözləyir. Məhdudiyyətlərin nə qədər davam edəcəyi məlum deyil.
Hava limanı hələlik rəsmi açıqlama vermir.