AZ

Avropada dron xaosu: Kopenhagen aeroportu işini dayandırdı

Bu gün axşam saatlarında Danimarkanın ən böyük hava limanı Kopenhagen naməlum dronların görünməsi səbəbindən fəaliyyətini və bütün uçuşları tamamilə dayandırıb. Musavat.com xəbər verir ki, məlumatı Reuters yerli polisə istinadən yayıb.

Polis sözçüsü bildirib ki, hava limanı ərazisində iki-dörd "böyük" pilotsuz təyyarə görünüb. Təhlükəsizliyə görə bütün uçuşlar dərhal dayandırılıb.

FlightRadar-ın məlumatına görə, yerli vaxtla saat 20:26-dan etibarən bütün uçuşlar və enişlər dayandırılıb. Ən azı 15 reys artıq başqa hava limanlarına yönləndirilib.

AftonBladet əlavə edib ki, pilotsuz təyyarələr Norveçin paytaxtı Oslodakı hərbi obyektlər üzərində də müşahidə edilib.

 

Musavat.com

Seçilən
6
24
musavat.com

10Mənbələr