Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında görüş keçirilib.
Musavat.com xəbər verir ki, görüş Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində baş tutub.
Tramp həmkarını Ağ Evin qarşısında qarşılayaraq rəsmi salamlayıb.
ABŞ Prezidenti görüş zamanı Ərdoğan barədə yüksək fikirlər səsləndirib.
“Putin və Zelenski Prezident Ərdoğana hörmət edirlər. Mən də ona hörmət edirəm. Rusiya–Ukrayna müharibəsinə böyük təsiri ola bilərdi, amma neytral qalmağı sevir. Mənim kimi”, – deyə Tramp bildirib.
Musavat.com