AZ

Trampdan Ərdoğana BÖYÜK JEST

"Anadolu" agentliyinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Trampın Ağ Evdəki görüşündən paylaşdığı fotolar arasında Trampın Ərdoğanın oturacağı stulu çəkdiyi bir görüntü də yer alıb.

Publika.az xəbər verir ki, Ərdoğan, Ağ Evdə ABŞ Prezidenti Donald Tramp tərəfindən rəsmi mərasimlə qarşılanıb. Xüsusi avtomobildən enərkən Trampla görüşərək jurnalistləri salamlayan Ərdoğan daha sonra Trampla birlikdə içəri keçib.

Ərdoğan və ABŞ Prezidenti Tramp təkbətək görüşlərini keçirmək üçün Oval Ofisə yollanıblar. Ərdoğan burada Ağ Ev Xatirə Dəftərini imzalayıb.

Anadolu Agentliyi, Ərdoğanın Xatirə Dəftərini imzaladığı görüntülər arasında Trampın onun stulunu çəkdiyi fotonu da yayımlayıb.

Seçilən
0
10
publika.az

10Mənbələr