AZ

Ərdoğana böyük hörmətim var, onunla işimiz çoxdur

Axar.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ Türkiyəyə qarşı sanksiyaları yaxın vaxtda ləğv edə bilər.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan Ağ Evdə keçirdiyi mətbuat konfransında deyib.

"Ərdoğana böyük hörmətim var. O, çox hörmətli bir şəxsiyyətdir. Onu Ağ Evdə qonaq etmək şərəfdir", - Tramp əlavə edib.

ABŞ prezidenti bildirib ki, Ərdoğanın bölgədə çox böyük təsiri var:

"Biz görüş zamanı "Patriot" sistemi və F-35-i müzakirə edəcəyik. Türkiyə ilə çox işimiz var. Türkiyə böyük məhsullar istehsal edir. Biz onlardan çox alırıq, onlar da bizdən çox alırlar. Ərdoğana həm Putin, həm də Zelenski hörmət edir. Hamı Ərdoğana hörmət edir, mən də. Düşünürəm ki, bu gün vacib bir açıqlama verməliyik. Suriyadakı uğurlu döyüşdə ilk növbədə Ərdoğan məsuliyyət daşıyır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
16
axar.az

10Mənbələr