Xəbər verdiyimiz kimi, Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp Ağ Evdə görüşüblər.
Publika.az xəbər verir ki, bu barədə "A Haber" məlumat yayıb.
“Həm "F-35" məsələsi, həm "F-16" məsələsi ilə bağlı aramızdakı əlaqələri bu gün ətraflı müzakirə etmək imkanı tapacağımıza inanıram”, - Türkiyə lideri Oval Ofisdə keçirilən toplantıda belə deyib.
Kritik görüşdə Donald Trampın taxdığı "F-35" nişanı isə diqqətdən qaçmayıb.
Mərasimdən sonra iki lider mətbuat nümayəndələrinə açıqlama veriblər. Görüşdən əvvəl vəziyyəti dəyərləndirən və jurnalistlərin suallarını cavablandıran Ərdoğan, bu səfəri Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası ilə üst-üstə düşən bir dövrdə həyata keçirməkdən çox məmnun olduqlarını bildirib.
Oval Ofisdə açıqlama verən Tramp, "F-35" məsələsində müsbət mesajlar verib.