AZ

Məhkəmə Talassemiya işi üzrə təqsirləndirilən şəxslərlə bağlı qərar verib

Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Talassemiyalı uşaqlar və digər xəstələr üçün toplanmış vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə onların barələrində olan hökmdən verilmiş apellyasiya şikayətinə baxılıb. Qərara əsasən, təqsirləndirilən şəxslərin verdiyi apellyasiya şikayəti təmin olunmayıb. Zərərçəkən Aysel Abdullayevanın və Kamil Əhmədovun şikayətləri isə qismən təmin olunub. Belə ki, məhkəmə Aysel Abdullayevə dəymiş mənəvi ziyana görə 1000 manat, Kamil Əhmədova isə 800 manat məbləğində vəsait ödənilməsi ilə bağlı qərar verib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nuridə Seyidova 8 il 6 ay, Aynur Bayramova 7 il 6 ay, Aysel Məmmədova isə 6 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə qarşı dələduzluq edilməsi ilə bağlı daxili işlər orqanlarına məlumat daxil olub. Məlumat əsasında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova Aysel Məmmədova və Aynur Bayramova ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manatlarını mənimsəyib. Əvvəlcə Nuridə Seyidova həbs olunub. Daha sonra məhkəmə proseslərində Aynur Bayramova və Aysel Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
14
avtosfer.az

10Mənbələr