"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turu çərçivəsində "Kopenhagen"i 2:0 hesabı ilə məğlub edib.
Apasport.az xəbər verir ki, qonaqların baş məşqçisi oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Mətbuat konfransına gec gəlməyiniz nə ilə bağlıdır?
- Bir az başqa müsahibələrimiz var idi.
- Gözlədiyiniz "Qarabağ"ı gördünüz?
- Bizi əvvəldən "Qarabağ"ın güclü olduğunu bilirdik. Bizi çox çətin oyun gözləyirdi. Bunun da şahidi olduq. 50-50-ə oyun getdi. "Qarabağ" çox yüksək keyfiyyət nümayiş etdirdi. Birinci hissədə onlar mükəmməl vəziyyətdə idi. Biz oyuna zəif başladıq. Ona görə də 1-ci hissədə qol buraxdıq. Fasilədən sonra dəyişiklik oldu, aktivlik göstərdik. Təəssüf ki, 2-3 qol şansları dəyərləndirə bilmədik. İkinci hissədə rəqibdən bir az yaxşı iidk. 95 dəqiqə ərzində bərabərliyə nail ola bilərdik. "Qarabağ" qələbəyə layiq idi.
“Qalatasaray”dan fantastik qələbə - YENİLƏNİB
Bakı metrosu “Qarabağ”ın oyunu ilə bağlı gücləndirilmiş rejimdə işləyəcək
"Kopenhagen"in baş məşqçisi: "Qarabağ" bura gəlib çıxmaq üçün uzun yol qət edib"
Leandro Andrade: “Bunu yenidən etmək şansımız var”
Qurban Qurbanov: “Bacardığımız qədər
hazırlaşmışıq”