AZ

"Qarabağ" pley-off mərhələsində çıxış edə bilər" - "Kopenhagen"in baş məşqçisi

"Kopenhagen" Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turunda "Qarabağ"ın meydanından məğlub ayrıldı - 0:2.

"Football-plus.az" xəbər verir ki, "aslanlar"ın baş məşqçisi Yakob Nerstrup oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

- Mətbuat konfransına gec gəlməyiniz nə ilə bağlı oldu?
- Başqa müsahibələr var idi. 

- Meydanda gözlədiyiniz "Qarabağ"ı gördüz?
- Biz əvvəldən "Qarabağ"ın güclü komanda olduğunu bilirdik. Futbolçularımı çox çətin oyun gözləyirdi. Bunun da şahidi olduq. "Qarabağ" çox yüksək keyfiyyət nümayiş etdirdi. Biz matça zəif başladıq. Bu üzdən, 1-ci hissədə qol buraxdıq. Fasilədən sonra dəyişikliklər etdik və fəal oynadıq. Təəssüf ki, 2-3 qol şansını dəyərləndirə bilmədik. İkinci hissədə rəqibdən bir az yaxşı idik. Bərabərliyə nail ola bilərdik. "Qarabağ" qələbəyə layiq idi.

- "Qarabağ"ın "Kopenhagen"in tarixində ən güclü rəqiblərindən biri olduğunu demək olar?
- Bəli, bəli! Təbii ki! 2017-ci ildə də qarşılaşmışdıq, Bu gün də səfərdə uduzduq. Biz bütün rəqiblərə həmişə hörmət edirik. Çətin oyun idi. "Qarabağ"ın da Avropa təcrübəsi var. Biz ÇL-də son 3 mövsümdə 3 dəfə oynamışıq. "Qarabağ"ın mükəmməl, yüksək texnikası olan oyunçuları var. Qurban Qurbanov da mükəmməl məşqçidi. Neçə illərdi ki, komandanın "sükanı arxasındadı". Ona hörmətlə yanaşıram. "Qarabağ" bu gün mükəmməl vəziyyətdə olduğunu nümayiş etdirdi. Bundan sonrakı matçlarda da "Qarabağ"a uğurlar arzulayıram.

- Stadiondakı azarkeş dəstəyi məğlubiyyətinizə nə dərəcədə təsir etdi?
- Məğlubiyyətin atmosferlə əlaqəsi yoxdu. Əvvəlki matçlarda da bu cür atmosferlər görmüşük. Hər halda, enerjini hiss etdik. Başa düşdük ki, burda azarkeşlər "Qarabağ"la fəxr edir.

- "Qarabağ" sürpriz uğurlu çıxışıyla pley-off mərhələsində ola bilər?
- Sürprizlər ola bilər. İnkişaf vacibdi. Liqa mərhələsində çox oyun var. Buna hər kəs inanmalıdı. "Qarabağ" bunu edə bilər. Burda uduzsaq da, hər şeyin sonu deyil. Bundan sonrakı oyunlarda hər sürprizə hazır olmaq lazımdı.

Seçilən
0
5
football-plus.az

10Mənbələr