AZ

Financial Times: “Ukrayna HHM-i böhran yaşayır”

AzVision.az xəbər verir ki, ukraynalı və qərbli məmurlar Böyük Britaniyanın “Financial Times” nəşrinə açıqlamalarında belə deyiblər.

“Pilotsuz təyyarələrin istehsal obyektlərinə yay zərbələri Rusiyanın Amerikanın “Patriot” sistemlərinə daha effektiv müqavimət göstərmək üçün ballistik raketlərini necə təkmilləşdirdiyinin bariz nümunəsi idi”,- qəzet həmin mənbələrə istinadən yazır.

Məmurların fikrincə, dəyişikliklər “İsgəndər-M” mobil raket sistemlərinə (500 km-ə qədər zərbə məsafəsi) və havadan buraxılan “Kinjal” raketlərinə (480 km-ə qədər uçuş məsafəsi) təsir göstərib. İndi raketlər standart trayektoriya ilə hərəkət zamanı, uçuşun son mərhələlərində qəfil kursu dəyişir, dik bucaq altında dalır və ya manevrlər edir ki, bu da “Patriot” tutucu sistemlərinin işini çətinləşdirir.

- Bu cür təkmilləşdirmələr Rusiya üçün oyun qaydalarını dəyişir. Eyni zamanda, Kiyev Amerikanın hədəfləri tutan raketlərinin tədarükünün ləngiməsi ilə üzləşir”, - keçmiş ukraynalı məmurlardan biri söyləyib.

Ukrayna Hərbi Hava qüvvələrinin (HHQ) Londondakı İnformasiya Dayanıqlığı Mərkəzi tərəfindən topladığı məlumatlara görə, bu yay Rusiya ballistik raketlərinin ələ keçirilməsi səviyyəsi avqustda 37%-ə yüksəlib. Lakin daha az buraxılış fonunda isə,sentyabr ayında bu göstərici artıq 6%-ə düşüb. Ukrayna HHQ-nin məlumatına görə, oktyabrın 1-də Rusiyanın 4 “İskəndər-M” raketinin hamısı hədəflərinə çatıb.

- Rusiyanın zərbələri Kiyev və onun ətrafındakı ən azı dörd pilotsuz təyyarə istehsal edən müəssisəyə, o cümlədən Türkiyənin “Bayraktar” zavoduna ciddi ziyan vurub. Raketlər həmçinin dron komponentləri hazırlayan şirkətin ofislərinə, həmçinin Avropa İttifaqı (Aİ) nümayəndəliyinin və Britaniya Şurasının binalarına zərər yetirib”,- qəzet vurğulayır.

Hazırda “Patriot” kompleksi Ukraynanın arsenalında Rusiya ballistik raketlərini ələ keçirə bilən yeganə sistem olaraq qalır. Bununla belə, qərbli məmurların fikrincə, raketlərin tutulması effektivliyinin azalması Rusiya silahlarının modernləşdirilməsinin ilk əlamətidir.

WSJ: “Kiyev Rusiyanın dərinliklərini vura biləcək”
ABŞ-nin Müdafiə Kəşfiyyatı agentliyinin xüsusi baş müfəttişinin hesabatında Ukrayna ordusununRusiyanın yeni taktikaları, o cümlədən manevrlər və trayektoriya dəyişiklikləri səbəbindən “Patriot” raketlərindən istifadədə çətinliklər yaşadıqları vurğulanır.

Bununla bağlı hesabatda iki misal göstərilir:iyunun 28-də yeddi raket buraxılıb, onlardan yalnız biri vurulub, iyulun 9-da isə 13 raket atılıb və onlardan yalnız yeddisi məhv edilib.

Mütəxəssislərin fikrincə, təkmilləşdirmələr çox güman ki, proqram təminatında korrektələr aparılması ilə bağlıdır. Oslo Universitetinin tədqiqatçısı Fabian Hoffman bildirib ki, “İskəndər-M” uçuşun terminal mərhələsində aqressiv manevrlər etmək qabiliyyətinə malikdir və istiqamətləndirmə sistemlərinin yenidən proqramlaşdırılması hədəfi vurmazdan əvvəl qəfil manevrlər etməyə imkan verir ki, bu da onu ələ keçirməyi çətinləşdirir.

Xatırladaq ki, bundan əvvəl adı açıqlanmayan amerikalı məmurlara istinad edən “Wall Street Journal (WSJ)” nəşri Rusiyanın sərhəddən uzaqda yerləşən enerji infrastruktur obyektlərinə qarşı uzaqmənzilli raket zərbələri üçün Ağ Evin kəşfiyyat məlumatlarını Ukraynaya ötürməyə razılaşdığını yazıb.

Sahil İsgəndərov
AzVision.az

Seçilən
33
37
azvision.az

10Mənbələr