AZ

Ukrayna İran PUA larını məhv etməyin yolunu tapdı

Axar.az saytına istinadən ain.az xəbər verir.

Yalnız Ukraynada deyil, Avropada da Rusiya-İran mənşəli “Şahid”lərə qarşı effektiv müdafiə vasitələri fəal axtarılır. “Thales” konsorsiumu bəyan edib ki, məhz belə tipli təhdidlərə qarşı nəzərdə tutulmuş ucuz mini raket yarada bilib və onu artıq Ukraynaya təhvil verir.

Axar.az xəbər verir ki, bu barədə “Business İnsider” yazıb.

Avropa istehsalçısı iddia edir ki, onların kompakt 70 mm-lik raketinə FZ123 adlı yeni döyüş başlığı işlənib hazırlanıb, həmin başlıq partlayanda minlərlə kiçik qəlpələr səpələyir.

İstehsalçı bildirir ki, partlayış zamanı təsir zonası diametri ilə təxminən 25 metrə çatır ki, bu da dronu məhv etmək üçün kifayət edir. Nəzəri olaraq bu qəlpələr daha böyük məsafədə də drona zərbə vura bilər, çünki raket ov tüfəngi prinsipi ilə işləyir. Belə döyüş başlığı ilə raketin maksimal məsafəsi təxminən 3 km-ə çatır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
1
axar.az

10Mənbələr