Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Çin və ABŞ tədqiqatçılarından ibarət beynəlxalq qrup müntəzəm çay içilməsinin qaraciyər xərçəngi riskini azaltdığını müəyyən edib.
Oxu.Az xəbər verir ki, tədqiqatın nəticələri "Nutrients" jurnalında dərc edilib.
Bildirilir ki, tədqiqatda qaraciyər xərçəngi diaqnozu qoyulmuş 2 mindən çox pasiyent və tamamilə sağlam təqribən 8 min adam iştirak edib.
Alimlər iştirakçıların vərdişlərini, o cümlədən gündə nə qədər çay içdiklərini, onlarda hepatit B və C virusunun olub-olmadığını, spirtli içkilər içib-içmədiklərini, içdikləri suyun keyfiyyətini müqayisə ediblər. Məlum olub ki, tədqiqat dövründə müntəzəm olaraq çay içən insanlar qaraciyər xərçənginin inkişafı riskinə digərləri ilə müqayisədə 49 faiz az məruz qalıblar. Çay içməyənlərin xərçəngə tutulmaq riski isə əksinə, orta səviyyədən yüksək olub.
Çayın müsbət təsiri digər risk amillərindən asılı olmayaraq qeydə alınıb, xüsusilə də spirtli içki aludəçilərində nəzərə çarpıb. Müəlliflərin fikrincə, bu, çayın tərkibindəki antioksidantlar və polifenollar hesabına baş verir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.