AZ

Çay qaraciyər xərçəngi riskini 49 faiz azaldır...

Çin və ABŞ-dan olan beynəlxalq tədqiqatçılar qrupu qaraciyər xərçəngi diaqnozu qoyulmuş 2000-dən çox xəstə və 8000-ə yaxın sağlam könüllünün daxil olduğu genişmiqyaslı tədqiqatın nəticələrini Nutrients jurnalında dərc ediblər. Alimlər belə qənaətə gəliblər ki, müntəzəm çay istehlakı xəstəliyin inkişaf riskini azalda bilər.

SİA-nın məlumatına görə, çay içməyə davam edən insanlarda qaraciyər xərçənginə tutulma riski içməyənlərə nisbətən 49 faiz az olub.

Çaydan imtina edən iştirakçılarda xəstəliyə yoluxma riski orta səviyyədən yüksək idi.

Hepatit B və C virusları, siqaret və alkoqol qəbulu da daxil olmaqla risk faktorlarından asılı olmayaraq təsir saxlanılıb. Qoruyucu təsir xüsusilə spirtli içki qəbul edən insanlar arasında özünü göstərdi: onların bədxassəli qaraciyər şişlərinin inkişaf riski demək olar ki, iki dəfə azaldı.

Alimlər qeyd ediblər ki, bu içki hepatit B peyvəndi, alkoqoldan imtina və gigiyena qaydalarına riayət etmək kimi ənənəvi profilaktik tədbirləri əvəz etmir, lakin bu, xüsusilə həssas qruplar üçün xəstəlik riskini azaltmaq üçün əlavə və sərfəli üsul ola bilər.

Nazlı Almuradova

Seçilən
16
43
sia.az

10Mənbələr