AZ

Çay sevənlər üçün sevindirici xəbər

Çin və ABŞ alimlərinin birgə apardığı beynəlxalq tədqiqatın nəticələrinə görə, müntəzəm çay içmək qaraciyər xərçəngi riskini əhəmiyyətli dərəcədə azalda bilər.

Milli.Az xəbər verir ki, araşdırmada 2 mindən çox qaraciyər xərçəngi xəstəsi və təxminən 8 min sağlam iştirakçı yer alıb. Tədqiqat zamanı onların gündəlik çay istehlakı, hepatit B və C daşıyıcılığı, spirtli içki istifadəsi və içməli suyun keyfiyyəti kimi faktorlar müqayisə edilib.

Nəticələr göstərib ki, daim çay içən şəxslərdə xərçəng riski digərlərinə nisbətən 49% aşağı olub. Xüsusilə, spirtli içki qəbul edənlər arasında belə çayın qoruyucu təsiri müşahidə edilib.

Mütəxəssislər bu təsiri çayın tərkibində olan antioksidant və polifenollarla əlaqələndirirlər.

Asya
Milli.Az

Seçilən
11
1
milli.az

10Mənbələr