AZ

“Bu nəticə gözlənilməz oldu” - Saşa İliç

style='margin-bottom:10px;'>

“Sumqayıt” Misli Premyer Liqasının 7-ci turunda evdə "Turan Tovuz"a 0:3 hesabı ilə məğlub olub.

QOL.az xəbər verir ki, “Sumqayıt”ın baş məşqçisi Saşa İliç matçdan sonra keçirilən mətbuat konfransında oyunla bağlı fikirlərini bölüşüb. 

Mütəxəssis bildirib ki, matç çox çətin keçib və belə bir nəticəni gözləmirdilər:

“Çox pis oynadığımızı düşünmürəm, ona görə də bu nəticə mənim üçün də gözlənilməz oldu. Rəqib çətin idi”, – deyə mütəxəssis əlavə edib.

O, komandadakı taktiki gedişlər barədə də danışaraq qeyd edib: “Taktiki səhvlərdən məğlub olduğumuzu düşünmürəm. Qapımızda buraxılan qollar fərdi səhvlər nəticəsində meydana gəldi. Əlimizdə olan oyunçularla maksimum səylə çalışırıq və səhvləri minimuma endirməyə çalışırıq. ‘Turan Tovuz’la matç çətin keçdiyi üçün bəzi səhvlər qaçınılmaz oldu.”

Baş məşqçi futbolçulardan razı qaldığını bildirib:

“Futbolçularımdan razıyam və öz üzərimizdə işləyərək daha uğurlu olmağa çalışacağıq. "İmişli" ilə matçda da məğlub olsaq da, yaxşı oynadığımızı düşünürəm. Yenə bildirirəm ki, oyunçularımdan razıyam və əlimizdəki futbolçulardan maksimum yararlanmağa çalışıb səhvləri də azaldacağımıza inanıram."

Seçilən
10
6
teleqraf.com

10Mənbələr