AZ

Saşa İliç: “Nəticə mənim üçün də gözlənilməz oldu”

“Bu hesabla uduzmağımızı gözləmirdik”.

İdman.biz bildirir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Saşa İliç Misli Premyer Liqasında “Turan Tovuz”la matçdan sonra deyib.

Oyun 3:0 hesabı ilə Tovuz komandasının xeyrinə qurtarıb.

“Çox pis oynadığımızı düşünmürəm, ona görə də bu nəticə mənim üçün də gözlənilməz oldu. Çətin rəqib idi. Taktiki səhvlərdən məğlub olduğumuzu düşünmürəm. Fərdi səhvlər nəticəsində qapımızda qollar gördük və nəticəsində məğlub olduq. Əlimizdə olan oyunçular budur”, - baş məşqçi bildirib.

İdman.biz

Seçilən
9
2
idman.biz

10Mənbələr