"Sumqayıt"ın baş məşqçisi Saşa İliç Premyer Liqanın 7-ci turu çərçivəsində “Turan Tovuz”a qarşı keçirdikləri ev oyunundan sonra fikirlərini bölüşüb.


Rekord.az xəbər verir ki, o, 0:3 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:


"Çox çətin oyun oldu. Amma bu hesabla uduzmağımızı gözləmirdik. Çox pis oynadığımızı düşünmürəm, ona görə də bu nəticə mənim üçün də gözlənilməz oldu. Çətin rəqib idi. Taktiki səhvlərdən məğlub olduğumuzu düşünmürəm. Fərdi səhvlər nəticəsində qapımızda qollar gördük və nəticədə məğlub olduq. Əlimizdə olan oyunçular budur. Biz çalışırıq ki, minimum səhvlər edək. "Turan Tovuz"la matç çətin olduğu üçün müəyyən səhvlər qaçılmaz oldu. Mən futbolçularımdan razıyam. Öz üzərimizdə işləyib daha da uğurlu olmağa çalışacağıq. "İmişli" ilə matçda da məğlub olsaq da, yaxşı oynadığımızı düşünürəm. Yenə bildirirəm ki, oyunçularımdan razıyam və əlimizdəki futbolçulardan maksimum yararlanmağa çalışıb səhvləri də azaldacağımıza inanıram".