AZ

"Araz-Naxçıvan" Naxçıvana gedir

style='margin-bottom:10px;'>

Milli komandaların oyunları ilə əlaqədar Misli Premyer Liqasında yaranmış fasilədən istifadə edən “Araz-Naxçıvan” Naxçıvan Muxtar Respublikasına səfər edəcək.

QOL.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Oktyabrın 6-da yola düşəcək əsas komandanın futbolçuları və məşqçi heyəti ertəsi gün Naxçıvanda ümummilli lider Heydər Əliyevin abidəsini və Şəhidlər xiyabanını ziyarət edəcəklər.

Saat 11:00-da isə Naxçıvan Muxtar Respublika stadionunda azarkeşlərlə görüş olacaq, onlara toplar və formalar hədiyyə olunacaq, eyni zamanda akademiyanın futbolçuları ilə əyləncə xarakterli oyun keçiriləcək. Tədbirin sonunda imza günü təşkil olunacaq.

Seçilən
4
7
teleqraf.com

8Mənbələr