AZ

"Araz-Naxçıvan" komandası azarkeşlərlə görüşəcək

Milli komandaların oyunları ilə əlaqədar Misli Premyer Liqasında yaranmış fasilədən istifadə edən "Araz-Naxçıvan" Naxçıvan Muxtar Respublikasına səfər edəcək.

Bu barədə 90deqiqe.Az-a klubdan məlumat verilib.

Oktyabrın 6-da yola düşəcək əsas komandanın futbolçuları və məşqçi heyəti ertəsi gün Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin abidəsini və Şəhidlər xiyabanını ziyarət edəcəklər. Saat 11:00-da isə Naxçıvan Muxtar Respublika stadionunda azarkeşlərlə görüş olacaq, onlara toplar və formalar hədiyyə olunacaq, eyni zamanda akademiyanın futbolçuları ilə əyləncə xarakterli oyun keçiriləcək.

Tədbirin sonunda imza günü təşkil olunacaq.

Seçilən
6
8
90deqiqe.az

9Mənbələr