AZ

"Araz-Naxçıvan" Naxçıvana səfər edəcək

Milli komandaların oyunları ilə əlaqədar Misli Premyer Liqasında yaranmış fasilədən istifadə edən "Araz-Naxçıvan" Naxçıvan Muxtar Respublikasına səfər edəcək.

İdman.biz xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Oktyabrın 6-da yola düşəcək əsas komandanın futbolçuları və məşqçi heyəti ertəsi gün Naxçıvanda ümummilli lider Heydər Əliyevin abidəsini və Şəhidlər xiyabanını ziyarət edəcəklər.

Saat 11:00-da Naxçıvan Muxtar Respublika stadionunda azarkeşlərlə görüş olacaq, onlara toplar və formalar hədiyyə olunacaq, eyni zamanda akademiyanın futbolçuları ilə əyləncə xarakterli oyun keçiriləcək.

Tədbirin sonunda imza günü təşkil olunacaq.

İdman.biz

Seçilən
0
7
idman.biz

8Mənbələr