Bakı. Trend:
Azərbaycan və Rusiya prezidentlərinin oktyabrın 9-u Düşənbədəkeçirilən görüşü iki dövlət arasındakı münasibətlərdə yeni səhifəaçmış oldu.
Bunu Trend-əMüharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədripolkovnik Cəlil Xəlilov bildirib.
O qeyd edib ki, bu görüş Azərbaycanın AZAL təyyarəsi ilə bağlıtələblərinin qəbul edilməsi ilə yanaşı, həm də anti-Azərbaycanqüvvələrinin məğlubiyyəti ilə əlamətdar oldu: “2024-cü il dekabrın25-də AZAL təyyarəsinin Rusiya səmasında vurulması və QazaxıstanınAktau şəhərində qəza enişi etməsi, hadisə nəticəsində xeyli saydainsanın həlak olması ölkəmizdə ciddi məyusluq və narahatlığa səbəboldu. Bunun bir səbəbi məlum hadisə olsa da, digər səbəbi Rusiyanınbaş verənlərdən sonra məsuliyyəti öz üzərinə götürməməsi idi. Həminvaxt Rusiyanın dövlət başçısı Prezident İlham Əliyevlə telefondanışığında ölkəmizdən üzr istəsə də, Azərbaycanın digər ikitələbinin – günahkarların müəyyənləşdirilərək cəzalandırılması vəhəlak olanların ailələrinə kompensasiyanın verilməsinin təminolunmaması ilə bağlı üzərilərinə heç bir öhdəlik götürməkistəmirdi. Düşənbə görüşündə isə Rusiya Prezidenti ölkəmizdənnövbəti dəfə üzr istəməklə yanaşı, bu iki tələbi də yerinəyetirəcəyinə söz verdi. Bununla da, Azərbaycanın Rusiya ilə bağlıgözləntiləri özünü doğrultdu. Düşənbə görüşü Azərbaycanın, MüzəffərAli Baş Komandanın növbəti diplomatik nailiyyəti kimi tarixdəqaldı. Bununla yanaşı, bu görüş həm də anti-Azərbaycan qüvvələriüçün ağır məğlubiyyət və böyük məyusluq oldu. Çünki başdaermənipərəst qüvvələr olmaqla, bir sıra güclər Azərbaycanla Rusiyaarasında uzunmüddətli gərginliyin yaşanmasına çalışır, iki ölkəarasındakı münasibətlərin pisləşməsinə səy göstərirdi. LakinDüşənbə görüşü sübut etdi ki, həm Azərbaycan, həm də Rusiyaikitərəfli münasibətlərin inkişafında maraqlıdır və bu istiqamətdəsəylər yaxın gələcəkdə də davam etdiriləcək”.