Yeddiqat Formula 1 çempionu Luis Hemilton “Ferrari” komandasında iş metodları və prosedurların dəyişdirilməsini tələb etməyə davam edir.
90deqiqe.Az xəbər verir ki, "Corriere della Sera" 40 yaşlı sürücünün dediklərini belə çatdırıb.
“Maranello və tras komandası arasında nəsə işləmir. Hemilton bunu vurğulayıb və metodların və prosedurların dəyişdirilməsini tələb edib. Görünür, Lyuis yenidən rəhbərliyə hesabat təqdim edib.”
Hazırda Hemilton pilotlar cədvəlində altıncı yeri tutur və onun aktivində 127 xal var. Çempionatın lideri, “Maklaren”in pilotu Oskar Piastri isə 336 xal toplayıb.