AZ

“Ferrari”də gərginlik artır: Hemilton görün nə tələb edir

Lyuuis Hemilton “Ferrari” rəhbərliyinə hesabat təqdim edib.

Publika.az xəbər verir ki, o, komandanın davam edən nəticə problemlərinə diqqət çəkib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Britaniyalı pilot bu il “Mercedes”dəki uğurlu dövrdən sonra “Ferrari”yə qoşulub və Formula-1-də rekord səkkizinci dünya çempionluğu uğrunda yeni bir mərhələyə başlayıb.

Lakin İtaliya komandası ciddi geriləmə göstərib — mövsümün 18 mərhələsindən sonra hələ də qələbə qazana bilməyib. Bu, keçən illə müqayisədə geri addım sayılır; ötən il “Ferrari” Kubokun konstrukturlar mübarizəsində “Meklaren”ə çox az fərqlə uduzmuşdu.

“Corriere della Sera”nın məlumatına görə, Hemilton arxada qapalı görüşlərdə komandanın strukturunda və iş prinsiplərində dəyişikliklər tələb edir. Məqsəd yarış həftəsonlarında performansı yaxşılaşdırmaq üçün bəzi metod və prosedurların yenidən nəzərdən keçirilməsidir. Hemiltonun bu cür təşəbbüsləri yeni deyil. Son dövrlərdə o, mövzunu yenidən qaldırıb, çünki hələ də “Ferrari” ilə podiuma qalxa bilməyib. Çin yarışında cüt diskvalifikasiyadan sonra mövqeyi zəifləsə də, sonradan rəhbərliyin etimadını bərpa etdiyi bildirilir. Hazırda isə gərgin münasibətlər, ortalama nəticələr və bolidin inkişafında irəliləyişin olmaması səbəbindən yenidən daxili müzakirələr yaranıb.

Seçilən
57
2
publika.az

9Mənbələr