AZ

“Ferrari” Frederik Vasseri vəzifəsindən çıxarmır

İtaliyanın Formula 1 komandası “Ferrari” rəhbərliyi Frederik Vasserin istefası ilə bağlı yayılan iddiaları təkzib edib.

90deqiqe.Az xəbər verir ki, bu barədə "Marca" nəşri mənbəyə istinadən məlumat yayıb.

“Bu şayiələr hətta şərh edilməyə dəyməz. Faktlara baxın, şayiələrə yox. Yuxarı rəhbərlik iki ay əvvəl Fredə etimadını təsdiqlədi”

Bir müddət öncə “Ferrari” Vasser ilə müqaviləni yeniləmişdi.

Hazırda konstrukturlar kubokunda “Ferrari” üçüncü sıradadır. Pilotlar sıralamasında Şarl Lekler beşinci, onun komanda yoldaşı və yeddiqat dünya çempionu Luis Hemilton isə yeddinci pillədə qərarlaşıb.

Seçilən
92
6
90deqiqe.az

9Mənbələr