AZ

“ABŞ-də bir qadına “gözəlsən” desən...” -VİDEO

ABŞ Prezidenti Donald Tramp Misirdə keçirilən Yaxın Şərq Sülh Sammitindən sonra təşkil edilən mətbuat konfransında İtaliyanın Baş naziri Corciya Meloni ilə bağlı maraqlı fikirlər səsləndirib.

Redaktor.az xəbər verir ki, Tramp çıxışı zamanı xanım Baş nazirin gözəlliyinə heyran olduğunu söyləyib:

“ABŞ-də bir qadına “gözəlsən” desən, bu, siyasi karyeranı bitirə bilər. Amma mən risk alacağam. Sənin gözəl olduğunu deməyimə inciməzsən, elə deyilmi? Çünki sən həqiqətən gözəlsən”.

Qeyd edək ki, Trampın bu sözləri konfrans zalında gülüşlə qarşılanıb.

 

Seçilən
54
9
redaktor.az

10Mənbələr