AZ

Qəzza Zirvəsində maraqlı anlar Trampdan Meloniyə “gözəlsən” komplimenti, Ərdoğandan siqaret xəbərdarlığı + VİDEO

Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Misirin Şarm əl-Şeyx şəhərində keçirilən Qəzza Barış Zirvəsində diplomatik danışıqlar qədər liderlərin diqqətçəkən anları da gündəmə damğa vurdu. 

Zirvənin yeganə qadın lideri İtaliyanın Baş naziri Corcia Meloni ilə ABŞ Prezidenti Donald Tramp arasında yaşanan dialoq və mimikalar sosial mediada geniş müzakirə olundu. Zirvə zamanı liderlərin birgə foto çəkimi mərasimində Meloninin Trampa qəribə şəkildə baxması kameralardan yayınmayıb. İki liderin əl sıxışıb qısa poz verməsindən sonra aralarındakı bu kiçik an internetdə sürətlə yayılıb.

Zirvə çərçivəsində diqqət çəkən başqa bir an isə Prezident Rəcəb Tayyib Ərdoğan ilə Corcia Meloni arasında yaşandı. Görüş zamanı Meloni Ərdoğana “Necəsiniz?” sualını verərək eyni vaxtda Şarm əl-Şeyxə gəldiklərini xatırlatdı. Ərdoğan isə gülümsəyərək “Mən yaxşıyam, səni də yaxşı gördüm” cavabını verib.

Daha sonra Prezident Ərdoğan tərcüməçi vasitəsilə Meloniyə zarafatla, lakin ciddi tonda bildirib:“Sənə siqareti buraxdırmaq lazımdır.”

Meloni isə gülərək “Bilirəm, bilirəm” deyə cavab verib.

Bu səmimi dialoq otaqda olan Böyük Britaniyanın Baş naziri Kir Starmer və Fransa Prezidenti Emmanuel Makronu da güldürüb.

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
9
azpolitika.info

10Mənbələr