AZ

Saat 11:00-da işıq kəsiləcək - Bu ərazilərdə

Babək rayonunun Sirab kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Azərişıq" ASC-nin Naxçıvan RETSİ-dən Milli.Az-a verilən məlumata görə, payız-qış mövsümünə uyğun tədbirlər planına əsasən, xəttə toxunan ağacların kəsilməsi və xətt üzərində yerləşən KTM-lərin təmiri işləri ilə əlaqədar 35/10 kilovoltluq "Kərimbəyli" yarımstansiyasından qidalanan 10 kilovoltluq "Sirab" hava elektrik verilişi xətti sifarişə əsasən açılacaq.

Bu səbəbdən 15 oktyabr 2025-ci il tarixində saat 11:00-dan 13:00-dək Babək rayonunun Sirab kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Milli.Az

Seçilən
32
15
milli.az

10Mənbələr