AZ

Yenə işıq olmayacaq

Babək rayonunun Sirab kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

 

Bu barədə "Azərişıq" ASC-nin Naxçıvan RETSİ-nin məlumatında deyilir.

 

Qeyd olunub ki, payız-qış mövsümünə uyğun tədbirlər planına əsasən, xəttə toxunan ağacların kəsilməsi və xətt üzərində yerləşən KTM-lərin təmiri işləri ilə əlaqədar 35/10 kilovoltluq "Kərimbəyli" yarımstansiyasından qidalanan 10 kilovoltluq "Sirab" hava elektrik verilişi xətti sifarişə əsasən açılacaq.

 

Bu səbəbdən oktyabrın 15-də saat 11:00-dan 13:00-dək Babək rayonunun Sirab kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Tarix: 15 Oktyabr 2025, 01:32   
Seçilən
28
15
pravda.az

10Mənbələr