AZ

Sabah bu ərazidə işıq olmayacaq

Babək rayonunun Sirab kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Axar.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin Naxçıvan RETSİ-nin məlumatında deyilir.

Qeyd olunub ki, payız-qış mövsümünə uyğun tədbirlər planına əsasən, xəttə toxunan ağacların kəsilməsi və xətt üzərində yerləşən KTM-lərin təmiri işləri ilə əlaqədar 35/10 kilovoltluq “Kərimbəyli” yarımstansiyasından qidalanan 10 kilovoltluq “Sirab” hava elektrik verilişi xətti sifarişə əsasən açılacaq.

Bu səbəbdən oktyabrın 15-də saat 11:00-dan 13:00-dək Babək rayonunun Sirab kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Seçilən
15
15
sherg.az

10Mənbələr