AZ

Gürcüstanın Baş naziri ATƏT sədri ilə görüşməkdən imtina etdi

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonenlə planlaşdırılmış görüşü ləğv edib.

Xezerxeber.az-ın "Sputnik Gürcüstan"a istinadən xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin bəyanatında məlumat verilib.

"Qərar Elina Valtonenin qeyri-qanuni mitinqdə iştirakı və yalan bəyanatlar yayılması səbəbindən qəbul edilib", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, ötən gün Elina Valtonen Tbilisidə Gürcüstan parlamenti qarşısında etirazçılarla görüşüb.

Seçilən
15
5
xezerxeber.az

10Mənbələr