AZ

Kobaxidze ATƏT sədri ilə görüşü ləğv edib

Hurriyyet.az xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze ATƏT-in fəaliyyətdə olan sədri və Finlandiyanın xarici işlər naziri Elina Valtonenlə planlaşdırılan görüşdən imtina edib. Gürcüstan mətbuatının məlumatına görə, bu qərar Valtonenin oktyabrın 14-də, Tbilisidə, parlament binası qarşısında keçirilən etiraz aksiyasında iştirak etməsindən sonra verilib.

Gürcüstan hökumətinin bəyanatında qeyd olunur ki, görüş “ATƏT sədrinin qanunsuz mitinqdə iştirakı və yalan məlumat yayması səbəbindən” ləğv edilib.

Ötən gün Valtonen Gürcüstana rəsmi səfərə gəlib və Tbilisidə olarkən ölkə parlamenti qarşısında etirazçılarla danışıb.

Hürr Tərcüman

 

Seçilən
28
3
hurriyyet.az

10Mənbələr