AZ

Gürcüstanın Baş naziri ATƏT sədri ilə görüşdən imtina etdi –SƏBƏB?

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonenlə planlaşdırılmış görüşü ləğv edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətindən məlumat verilib.

 

"Qərar Elina Valtonenin qeyri-qanuni mitinqdə iştirakı və yalan bəyanatlar yayılması səbəbindən qəbul edilib", - deyə məlumatda bildirilib.

 

Qeyd edək ki, ötən gün Elina Valtonen Tbilisidə Gürcüstan parlamenti qarşısında etirazçılarla görüşüb.

Seçilən
14
5
senzor.az

10Mənbələr