AZ

Palmer “Qarabağ”la oyunu buraxacaq

“Çelsi” Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda "Qarabağ"la matça ciddi itki ilə çıxacaq.

"Unikal" xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Entso Mareska danışıb.

London təmsilçisinin ulduzu Koul Palmer “Qarabağ”a qarşı oynaya bilməyəcək. O bildirib ki, zədələnən 23 yaşlı yarımmüdafiəçi 6 həftə yaşıl meydanlardan uzaq qalacaq. 

Qeyd edək ki, “Qarabağ” - "Çelsi" görüşü noyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 21:45-də başlayacaq.

Seçilən
89
5
unikal.az

8Mənbələr