AZ

Çempionlar Liqası: "Qarabağ" "Atletik" səfərində

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda daha 9 oyun keçiriləcək.

"Unikal" xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ da bu gün meydana çıxacaq.

Qurban Qurbanovun komandası İspaniya səfərində "Atletik"lə üz-üzə gələcək.

"San Mames" stadionunda keçiriləcək oyunu Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.

"Qarabağ" bundan əvvəl keçirdiyi hər iki görüşdə qalib gəlib, "Atletik" isə hələ ki, xal qazanmayıb.

Seçilən
45
5
unikal.az

8Mənbələr