AZ

Ulduz futbolçu “Qarabağ”la matçda oynamayacaq

"Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi olan İtaliyanın "Napoli" komandasının yarımmüdafiəçisi Kevin De Bruyne 3-4 ay yaşıl meydanlardan uzaq qalacaq.

"Unikal" xəbər verir ki, belçikalı yarımmüdafiəçinin sağ bud nahiyəsində yırtıq aşkarlanıb. Konservativ müalicə uğurlu alınmasa, futbolçunun əməliyyat olunacağı bildirilib.

Bu səbəbdən oyunçu Liqa mərhələsinin V turunda İtaliyada Ağdam təmsilçisi ilə görüşdə komandasına kömək edə bilməyəcək. Qarşılaşma noyabrın 26-da keçiriləcək.

De Bruyne A Seriyasının VIII turunda "İnter"ə 3:1 hesabı ilə qalib gəldikləri matçın 33-cü dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirdikdən sonra zədələnib və meydanı vaxtından əvvəl tərk edib.

Qeyd edək ki, “Napoli” hazırda 3 xalla Çempionlar Liqasında turnir cədvəlinin 23-cü pilləsində yer alıb. “Qarabağ” isə 6 xalla 13-cü sırada qərarlaşıb.

Seçilən
39
5
unikal.az

8Mənbələr