AZ

Kolumbiyada ABŞ səfirliyinə hücum edildi

Kolumbiyada etiraz aksiyasında iştirak edən fəallar ABŞ-nin Boqota şəhərindəki səfirliyinə oxlarla, pirotextnik materiallarla və partlayıcı vasitələrlə hücum edib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hücum zamanı 4 polis yaralanıb. İğtişaş törədən etirazçılar binaya və polis əməkdaşlarına daşla hücum ediblər.

Boqota meri Qustavo Kintero aksiyada törədilən zorakılığı pisləyərək, 2025-ci ildə Boqotada 1400-dən çox etiraz aksiyasının keçirildiyini, lakin onlardan yalnız 4 faizində kütləni dağıtmaq üçün güc tətbiq olunduğunu bildirib.

Seçilən
37
50
unikal.az

10Mənbələr