AZ

"Narkotik kartelinin sualtı qayığı ABŞ ordusu tərəfindən məhv edilib" - Tramp

ABŞ ordusu ABŞ-yə doğru hərəkət edən "narkotiklər daşıyan böyük sualtı qayığını" məhv edib.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.

"Birləşmiş Ştatlara doğru hərəkət edən narkotik qaçaqmalçılığı ilə məşğul olan böyük sualtı qayığı məhv etmək mənim üçün şərəf idi. ABŞ kəşfiyyatı gəmidə fentanil və digər qeyri-qanuni maddələrin daşındığını təsdiqləyib", - deyə o bildirib.

O, həmçinin əlavə edib ki, qayıqda olan dörd nəfərdən ikisi ölüb, sağ qalan iki nəfər isə öz ölkələrinə - Ekvador və Kolumbiyaya qaytarılacaq.

Seçilən
18
50
unikal.az

10Mənbələr