"ABŞ hökumət rəsmiləri Kolumbiyanın ərazi sularında suverenliyini pozublar və narkotik ticarəti ilə əlaqəsi olmayan bir balıqçının nasaz olan qayığına hücum edərək onu öldürüblər".
"Unikal" xəbər verir ki, bunu Kolumbiya Prezidenti Qustavo Petro sosial media platforması "X"də yazıb.
"Balıqçı Alexandro Karranzanın narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə heç bir əlaqəsi yox idi; balıqçılıq onun gündəlik məşğuliyyəti idi", - deyən dövlət başçısı Kolumbiya qayığının mühərrikində nasazlıq səbəbindən sürükləndiyini vurğulayıb.
Petro hadisə ilə bağlı ABŞ hökumətindən rəsmi izahat tələb edib.
Qeyd edək ki, bir gün əvvəl Amerika lideri Donald Tramp ABŞ-yə gedən yolda narkotik daşıyan “nəhəng sualtı qayığın” məhv edildiyini açıqlamışdı.