AZ

Sevgilisini görmək üçün qaçmağa çalışan 17 yaşlı qız pəncərədən YIXILDI

Sankt-Peterburqda 17 yaşlı qız sevgilisinin yanına qaçmaq istəyərkən yıxılıb reanimasiyaya yerləşdirilib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Sankt-Peterburqda romantik görüş cəhdi faciə ilə nəticələnib. 17 yaşlı Culyetta adlı məktəbli qız sevdiyi gənclə görüşmək üçün evdən qaçmağa çalışarkən pəncərədən yıxılıb və ağır xəsarət alıb.

Məlumata görə, qızın valideynləri onun münasibətlərinə qarşı çıxıb və onu evdə bağlayıblar. Lakin gənc qız sevgilisinə qovuşmaq üçün gecə vaxtı mələfələrdən kəndir düzəldib, ikinci mərtəbədən enməyə cəhd edib.

Ancaq “improvizə olunmuş kəndir” etibarsız çıxıb – mələfələr qızın çəkisinə tab gətirməyib və o, aşağı düşüb.

Hadisə yerinə çağırılan təcili yardım briqadası Culyettanı çoxsaylı sınıqlarla şəhər xəstəxanasına çatdırıb.

Həkimlər onun vəziyyətini ağır, lakin sabit kimi qiymətləndiriblər.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
119
50
interpress.az

10Mənbələr