AZ

Gənc qızdan şok əməl: Ailəsinə hamilə olduğunu dedi, kukla ilə hamını aldatdı - FOTO

Şotlaniyada yaşayan 22 yaşlı Kira Kazıns gözlənilməz fırıldağa əl atıb.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, o hamilə olması barədə yalan məlumat yayaraq insanlardan pul toplayıb.

Gənc qız əvvəlcə sevgilisinə və ailəsinə hamilə olduğunu deyib.

Sosial şəbəkələrdə doppler görüntülərini paylaşan Kira hamilə olduğuna görə inanların ona göndərdiyi hədiyyələri qəbul edib.
O, yalanının inandırıcılığını artırmaq üçün aylar keçdikcə qarnına plastik göbək bağlayaraq gəzib.

Hətta Kira "övladı" üçün "cinsiyyət öyrənmə partisi" də təşkil edib və körpəsinin qız olduğunu açıqlayıb.

Gənc qız “hamiləlik” prosesində uşağında ürək qüsuru olduğunu açıqlayıb və dəfələrlə həkimə gedib. O, körpəsini müalicə etdirəcəyi yalanı ilə aylarla insanlardan pul yığıb.

Real uşağa çox bənzəyən oyuncaq alan və ona Boni Coys adını verən “ana” fırıldağını bir az da davam etdirib.

O, “övladı”nın səhhətindəki problemə görə bədəninin soyuq olduğunu və ağlamadığını iddia edib.

Hadisənin üstü qızın anasının “uşağ”ın əslində kukla olduğunu öyrənməsi ilə açılıb. O, əlacsız qalaraq “övladı”nın öldüyünü desə də, heç ki ona inanmayıb. Daha sonra isə qız yalan danışdığını etiraf edərək üzr istəyib.

K.Kazınsın nə üçün belə bir yalan danışdığı məlum deyil. 

Billurə

Seçilən
130
50
olke.az

10Mənbələr