AZ

Rusiya üçün dəhşətli gecə: Hücum səhər saatlarında da davam edib

Cümə günü, oktyabrın 24-də səhər saatlarında Ukrayna Silahlı Qüvvələri (UAF) Rusiyaya hücumlarını davam etdirərək, regiona daha iyirmi pilotsuz uçan aparat buraxıb.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi özünün Telegram kanalında məlumat yayıb.

Agentliyin məlumatına görə, hücuma cəhdlər Moskva vaxtı ilə səhər saat 7:00-8:00 arasında baş verib. Bu müddət ərzində hava hücumundan müdafiə qüvvələri Rusiyanın beş regionu üzərində 25 pilotsuz uçan aparatı vurub.

11 pilotsuz təyyarə Bryansk vilayəti, 6-sı Tula vilayəti, 4-ü Kaluqa vilayəti, 3-ü Tver vilayəti, 1-i Novqorod vilayəti üzərində vurulub. Vəziyyətlə bağlı başqa məlumat verilməyib.

Seçilən
153
50
publika.az

10Mənbələr