AZ

“Qalatasaray” Çempionlar Liqasında ardıcıl ikinci qələbəsini qazanıb

Bakı. Trend:

Türkiyənin “Qalatasaray” komandası UEFA Çempionlar Liqasınınəsas mərhələsində növbəti oyununu keçirib.

Trend xəbər verir ki,İstanbul təmsilçisi doğma meydanda Norveçin "Budyo Qlimt" klubunuqəbul edib. Qarşılaşma ev sahiblərinin 3:1 hesablı qələbəsi iləbaşa çatıb.

"Qalatasaray"ın heyətində Viktor Osimhen dubl edib. Digər qoluYunus Akgün vurub. Qonaqlardan isə Andreas Helmersen fərqlənib.

Bu nəticədən sonra turnir cədvəlində "Qalatasaray" 6 xalla11-ci, "Budyo Qlimt" isə 3 xalla 26-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, Türkiyə klubu ötən tur evdə İngiltərə"Liverpul"una minimal hesabla qalib gəlib.

Seçilən
28
6
az.trend.az

10Mənbələr