AZ

“Qalatasaray” ardıcıl ikinci qələbəsini qazandı

Türkiyənin “Qalatasaray” komandası UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirib.

Demokrat.az xəbər verir ki, İstanbul təmsilçisi doğma meydanda Norveçin "Budyo Qlimt" klubunu qəbul edib. Qarşılaşma ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

"Qalatasaray"ın heyətində Viktor Osimhen dubl edib. Digər qolu Yunus Akgün vurub. Qonaqlardan isə Andreas Helmersen fərqlənib.

Bu nəticədən sonra turnir cədvəlində "Qalatasaray" 6 xalla 11-ci, "Budyo Qlimt" isə 3 xalla 26-cı pillədə qərarlaşıb.

Seçilən
26
6
demokrat.az

10Mənbələr