UEFA Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ”ın rəqibi olan Niderlandın “Ayaks” klubu 67 ildən sonra antirekordunu təkrarlayıb.
Arena.az xəbər verir ki, bu, Amsterdam təmsilçisinin İngiltərədə “Çelsi”yə uduzduğu oyunda (1:5) gerçəkləşib.
Komanda 1958-ci ilin fevralından bu vaxtadək ilk dəfə bu turnirdə matçın ilk hissəsində dörd qol buraxıb.
Sonuncu belə hadisə 67 il əvvəl Macarıstanın “Vaşaş” komandası ilə Çempionlar Kubokunda (hazırkı Çempionlar Liqası) baş verib.
Xatırladaq ki, “Qarabağ” “Ayaks”la dekabrın 10-da Bakıda üz-üzə gələcək. 3 turdan sonra Niderland nəhəngi UEFA Çempionlar Liqasının Liqa mərhələsinin turnir cədvəlində 36 iştirakçı arasında sonuncudur. Keçirdiyi hər üç oyunda məğlub olmuş Amsterdam təmsilçisinin hesabında xal yoxdur. “Qarabağ” isə 6 xalla 13-cü pillədə qərarlaşıb.