AZ

Ölkəmizə repatriasiya edilən daha 6 nəfərlə bağlı sosial-psixoloji dəstək işlərinə başlanıb

Azərbaycan Hökuməti tərəfindən Suriyadan ölkəmizə repatriasiya olunmuş daha 6 nəfər vətəndaşımız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisəsinə yerləşdirilib. Onlardan 4-ü uşaq, 2-si isə qadındır.

Repatriasiya olunmuş şəxslərlə hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq sosial xidmət müəssisəsində qiymətləndirmə işləri aparılır, onlara ilkin tibbi, sosial-psixoloji dəstək göstərilir.

Növbəti mərhələdə isə repatriasiya olunmuş şəxslərin Agentliyin sosial işçiləri və psixoloqları tərəfindən sosial-psixoloji vəziyyətləri qiymətləndiriləcək.

M.Kamal
XQ

Seçilən
51
9
xalqqazeti.az

10Mənbələr