Xalq qazeti saytına istinadən ain.az xəbər verir.
Azərbaycan Hökuməti tərəfindən Suriyadan ölkəmizə repatriasiya olunmuş daha 6 nəfər vətəndaşımız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisəsinə yerləşdirilib. Onlardan 4-ü uşaq, 2-si isə qadındır.
Repatriasiya olunmuş şəxslərlə hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq sosial xidmət müəssisəsində qiymətləndirmə işləri aparılır, onlara ilkin tibbi, sosial-psixoloji dəstək göstərilir.
Növbəti mərhələdə isə repatriasiya olunmuş şəxslərin Agentliyin sosial işçiləri və psixoloqları tərəfindən sosial-psixoloji vəziyyətləri qiymətləndiriləcək.
M.KamalXQ
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.